Hazırda bütün dünyanın diqqəti Qətərdə olduğu bir vaxtda, sizə Qətər şeyxinin anası, ölkənin birinci xanımı haqqında maraqlı faktları təqdim edəcəyik.
Haqqında bəhs edəcəyimiz “first lady”nin adı Şeyxa Mozahdır. 1959-cu ildə avqustun 8-də Qətərdə anadan olub. Əslində, adı sadəcə, Mozahdır. Şeyxin xanımlarına Şeyxa deyə müraciət edirlər. Ona görə də, Şeyxa Mozah kimi qeyd olunur.
Mozah 18 yaşında olan zaman Qətərin vəliəhdi olan Şeyx Hamad bin Xəlifə əl-Tani ilə ailə həyatı qurdu. Hamad bin Xəlifə daha sonradan şeyx və Mozah da şeyx xanımı oldu. Mozah gənclik illərindən bəri təhsilə bağlı olub. Evləndikdən sonra belə təhsilini yarımçıq saxlamayıb. Universitetdə sosiologiya üzrə təhsil aldı. Təhsilini başa vurub məzun olduqdan sonra Qətər Təhsil Təşkilatının rəhbəri oldu. Təhsilə olan sevgisi ilə cəmiyyətə böyük qatqıları oldu.
Həm ölkəsində həm də dünyada olduqca aktiv bir həyat yaşayan Mozah “Forbes” jurnalı tərəfindən “Dünyanın ən cəlbedici 100 qadını”ndan biri seçildi. Eyni zamanda dünyanın ən zövqlü qadınlarından da hesab edilir. Geyimləri ilə hər zaman diqqət çəkən “first lady” qatıldığı bütün dəvətlərdə diqqət mərkəzində olur..
Seçdiyi parçaların bir çoxu məşhur dizaynerlərin kolleksiyalarındandır. Lakin birə-bir onların geyimlərinə bənzətmir. Dior, Chanel, Valentino, Balmain və s. bu kimi bildiyimiz brend markalar Moza kimi bir stil ikonunun onları seçməsindən son dərəcə məmnundur.
58 yaşı olsa da, hər zaman 20 yaşındakı bir qız kimi görünməyə bacaran birinci xanım 7 övlad sahibidir.
Mozah eyni zamanda ölkəsindəki qadınlara da böyük dəstək olur. Hətta şiddətə uğrayan qadınlar üçün sığınacaq da açıb. Mozah Türkiyənin məşhur aktyorlarından olan Kıvanç Tatlıtuğun da heyranıdır.
Ötən il 30 nəfərlik bir heyətlə İstanbula səfər edən “first lady” Kıvanç Tatlıtuğ ilə oteldə çay içmək istəmişdi. Lakin aktyor ölkə xaricində olduğu üçün “first lady” nin arzusu reallaşmamışdı.