Bakıda ofisdən xeyli miqdarda pul oğurlandı

Bakıda ofisdən 4 min pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək,  rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlandığını bildirib.

Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR