“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs həbs edilib

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

Qafqaznews  APA-ya istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi çəkilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR