26 oktyabr 2016-cı il tarixdə Kavkaznews.az saytında Bakı şəhər sakini Lalə Dadaşovanın müraciəti dərc olunmuşdu.
Lalə Dadaşovanın sözlərinə görə, o, 1996-ci ildə Araz Dadaşov ilə nikaha daxil olub: “Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi”.
Lalə Dadaşovanın sözlərinə görə, həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib: “Avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”.
Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşova avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərinə verdiyi etibarnaməni ləğv edib.
“Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşov evin alqı-satqısını həyata keçirdi. Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib”,-deyə Lalə Dadaşova bildirib.
Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşov boşanma iddiası qaldırıb. “2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq”, -deyə Lalə Dadaşova Kavkaznews.az-a bildirib. (Kavkaznews.az)
Xatırladaq ki, 2 may 2017-ci il tarixdə LEGİON saytında “Prokurorluq notariusa havadarlıq edir..?” başlıqlı məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, Xəzər rayon prokurorluğunun müstəntiqi Zaur Ağakişiyev bildirb ki, 7 saylı notariat kontorunda alqı-satqı həyata keçirilərkən avtomatlaşdırılmış elektron notariat sistemində texniki nasazlıq olub. Ancaq 20 may 2017-ci il tarixdə müstəntiq Zaur Ağakişiyev müxbirimizə bildirib ki, nasazlıq kontorun kompüter sisteminə qoşulmasında baş verib. (LEGİON).
Bugünlərdə Lalə Dadaşova onun 11 avqust 2016-cı ildə “elektron notariat” sistemindəki nasazlıqla bağlı sorğusuna Ədliyyə nazirliyinin verdiyi cavab məktubunu bizə təqdim etdi.
Məktubu Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsi, Notariat idarəsinin rəisi-baş idarə rəisinin müavini Mehman Sultanov imzalayıb.
Məktubda qeyd olunur ki, “Elektron notariat” informasiya sistemində 11 avqust 2016-cı il tarixdə nasazlığın olması barədə quruma məlumat daxil olmamışdır.
Biz həmin məktuba müstəntiq Zaur Ağakişiyevin münasibətini öyrənmək qərarına gəldik. Müstəntiq bildirdi ki, 7 saylı notariat kantorun kompüter sistemində nasazlıq olduğunu demişəm: “Bu barədə məndə kantorun əməkdaşlarının izahatı var”.
7 saylı notariat kontorunun kargüzarı Səbinə ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, nasazlıq onların kontorunda deyil, “Elektron notariat” sistemin bazasında olub.
Məsələ ilə bağlı Lalə Dadaşovanın vəkili Fəxri Hacıyev bizə xatırlatdı ki, birinci dəfə sizin agentlik müstəntiq Zaur Ağakişiyevə müraciət edəndə o bildirmişdi ki, “Elektron notariat” sistemdə nasazlıq olub: “Ancaq sizin əməkdaş Notariat baş idarə ilə əlaqə saxlayanda sizə bildirilmişdi ki, elektron sistemdə nasazlıq olmayb. Belə olan halda Qafqaz Xəbər Agentliyinin əməkdaşı yenidən Zaur Ağakişiyevə aydınlıq gətirmək üçün müraciət etmişdi. Müstəntiq bu dəfə bildirmişdi ki, nasazlıq kontorun kompüterində olub. Kargüzarın dedikləri bir daha təsdiq edir ki, müstəntiqin dedikləri əsassızdır. Beləliklə təsdiq etmək olar ki, prokurorluq ictimaiyyəti çaşdırmaq və günahkarı məsuluiyyətdən uzaqlaşdırmaq yolunu tutub”.
Rəşad Rüstəmov
Kavkaznews.az
Mövzuya aid linklər:
Tərlansan göydən enməzsən..?
“Notarius vəzifə cinayəti edib”
Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO
Baş Notariat idarəsi istintaqı ifşa etdi..?
“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT
“Notarius məsuliyyətə cəlb olunmalıdır”
“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT
“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”
Prokurorluq notariusa havadarlıq edir..?
4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi
Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO