Suriya sərhədində azərbaycanlı canlı bombalar saxlanılıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əmniyyət və jandarmanın İnanlı kəndi yaxınlığında bərabər keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.
Onların üzərində çoxsaylı patlayıcı maddə və canlı bomba gödəkcələri olub.
Saxlanılanlar arasında azərbaycanlılar da var: Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37) və Nazənin Zeynalova (42).
Onlarla bərabər Bosniya və Herseqovina hökuməti tərəfindən axtarışa verilən Begzat Spahiç (37) və Anaçtaçnır Pozdiva (44) ələ keçib.