Daha 7 kənd işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Qafqaznews.az -ın xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR