Xocalı qatili Şuşada ağır yaralandı

Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl onun Şuşanın “hərbi komendant”ı “təyin olunması” barədə məlumat yayılıb.
Azərbaycan mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər. Xatırladaq ki, Ohanyan Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR