“Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir, gecə edərsiniz…” – Lalə Azərtaş (VİDEO)

“Qiymət artımı bir azca cibinizi də yaracaq. Axı niyə də deməyin. Çünki günahkar və suçlu bəllidir, məlumdur. Bu koronavirusdur”.

Manset.az xəbər verir ki, bu fikirləri teleaparıcı Lalə Azərtaş Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

L.Azərtaş deyib ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrindəki ayrı-ayrı istehlak məhsullarının istehsal həcminin aşağı düşməsi dünya iqtisadiyyatına və təbii ki, beynəlxalq bazarlara öz təsirini göstərib: “Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR