RUSİYA -TÜRKDİLLİ XALQLAR MÜNASİBƏTLƏRİ

Rusiya tarixini araşdırarkən türkdilli dövlətlərə mənfi münsibətlərinin səbəbləri məlum olur. Bu münasibətləri Rusiya səlnaməçisi S.M.Solovyovun (1820-1879) “Qədim dövrlərdə Rusiya tarixi” əsərində qeyd edilən faktlar əsasında araşdırırıq. E.ə.VII əsrdən başlayaraq eramızın XVIII əsrin əvvəllərinədək olan bir dövrdə, hələ slavyanlar meydana çıxmamışdan əvvəl, skif tayfaları Dunay çayı ətrafındakı əraziləri tutmuşdular. Ehtimal olunur ki, skiflərin bir qolu da slavyanlardır.Araşdırmalar nəticəsində məlum olur ki, hələ IV əsrdə hunlar, VII əsrdən sonra isə türkdilli kumanlar, xəzərlilər, tatarlar və s. köçəri türk tayfaları yeni yaranmaqda olan slavyan tayfalarına hücum edirdilər. Türkdilli tayfalar Dunay çayı ətrafı əraziləri öz əraziləri hesab edirdilər.Tarixdən məlumdur ki, macar türkləri də artıq formalaşmışdı. 1091-ci ildə Meris döyüşündə macar türkləri üzərində qələbə çalmış xəzərlilər onları Avropaya köçürdülər. Onlar macarlara qarışır, bir qismi Vardar çayı boyunca yerləşənləri isə slavyanlaşır.

Dunay çayı ətrafındakı ərazilərdə IV əsrdən hunlar hökmdarlıq edirdilər. Bəzi mənbələrə əsasən güman olunur ki, hunların yoxa çıxması ilə bu ərazilərdə, yəni balkanlarda slavyanlar yaranır.Güman olunur ki, hunlar avropalı olmuşlar və slavyanlar onların davamçısıdır. IV əsrdə Avropa dövlətləri, o cümlədən əzəldən Balkanda məskunlaşmış voloxlar yeni yaranmış slavyan tayfalarını şərqdən olan təhlükələrin qarşısını almaq məqsədi ilə qəsdən köçəri türk tayfalarının məskunlaşdıqları Şərqi Avropa istiqamətinə sıxışdırıb yönəltmişlər.

S.M.Solovyovun səlnaməsində qeyd olunur ki, IX əsrin ortalarında Rus dövləti yaranır. Rus dövləti yaranmamışdan əvvəl bir çox slavyan tayfaları xəzərlilərə xərrac ödəməyə məcbur edilirdi.-Türk mənşəli köçəri tayfalar kumanlar VII-VIII əsrlərdə (kürən, sarışın türk tayfası mənasını verir) Baykal gölündən Qara dəniz ətrafındakı ərazilərdə məskunlaşmışdır. Onlar oğuzların bir hissəsi idilər və slavyan xalqlarının ərazilərini öz nəzarətlərində saxlayırdılar.-IX əsrin sonlarında Aral dənizi ilə Volqa çayı arasındakı ərazilərdə məskunlaşmış türk və sarmat tayfaları peçeneqlər köçəri həyat tərzi keçirirdilər.

Onlar X əsrdə Şimali Qara dənizdən Dunay çayına qədər ərazilərdə məskunlaşmışdılar. Hətta 860-1091-ci illərdə öz xanlıqlarını bu ərazilərdə yaratmışlar.-Türkdilli xəzərlilər Şimali Qara dəniz ərazilərinədək hökmdarlıq edirdilər, onlar slavyan tayfalarından xərac toplayırdılar. 988-ci ildə knyaz Vladimir yunanlara hücum edir və oranı zəbt edir. Knyaz Vladimir yunanların imperatorları Vasili və Konstantindən bacıları ilə evlənmək istədiyini bildirir. Onlar qeyri-xristian millətinə bacılarını verə bilmədiklərini və ona xristianlığı qəbul etməyi məsləhət bildilər. Vladimir xristianlığı qəbul etməyə razı olduğunu bildirir və imperatorlar bacıları Ananı ona ərə verərək Kiyevə yola salırlar. Bu dövrdən də (988-ci il) Kiyev knyazlığında xristianlıq qəbul olunur. 1014-cü ildə Vladimir vəfat edir. Bizim fikrimizcə, yuxarıda qeyd edilən vəziyyətdən bu nəticəyə gəlmək olur ki, yeni yaranmış Rus dövləti Bizansı zəbt etmək fikrində olmuş, imperatorun bacısı ilə ailə qurduqdan sonra bu işə ara vermişdir. Rus dövləti yaranmamışdan əvvəl, hələ VII əsrdən xəzərlər Bizans ilə müttəfiq idilər.Vikipediyada (azad ensiklopediya) Xəzər xaqanlığı bölməsində qeyd edilir ki, Xəzər xaqanlığı VII-XI əsrlər arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövlətidir.

Elə burada xəzərlərin rus-slavyan tayfalarını özlərinə tabe etdikləri və bac aldıqları bildirilir. IX əsrin ikinci yarısından başlayaraq, ruslar Xəzər ərazilərində əsasən ticarətlə məşğul olmağa başladılar. Əldə etdikləri rahatlıq slavyanların Kiyev şəhərini də xəzərlərdən almasına gətirib çıxardı.Vikipediyada qeyd olunur ki, 944-cü ildə ruslar, xəzərlərin ərazisindən keçərək o dövrdə Qafqazın mərkəzi sayılan Azərbaycanın Bərdə şəhərinə hücuma keçdilər, kütləvi qırğınlar və qarətlər törətdilər.965-ci ildə ruslar Xəzər xaqanlığı üzərinə yürüş təşkil etdi. Yürüş xəzərlərin məğlubiyyətilə nəticələndi. Ruslarla eyni zamanda Bizans imperiyasının qüvvələri də xaqanlığın ərazisinə soxuldular. 1095-ci ilə aid rus mənbələrində xəzərlər artıq Rus knyazlarına tabe olduqları bildirilir. Biz bu nəticəyə gəlirik ki, rusların qədim Türk torpaqlarını zəbt etməsi prosesi Xəzər xanlığının işğalı ilə başlamışdır.

Bu dövrdən Xəzərlərdən bəziləri Krımda, digərləri isə Xəzər dənizi ətrafında və Qafqazda öz varlıqlarını davam etdirdilər. Xəzər Xaqanlığı Bizans İmperatorluğunun da təsirləri səbəbiylə XI əsrdə süqut etmişdir. Rusların türkdilli xalqlarla münaqişəsi davam edir. Belə ki, 1067-ci ildə Kiyev knyazı İzyaslavın knyazlığı dövründə kumanlar (türk mənşəli köçəri tayfalar) böyük dəstə ilə rus torpaqlarına daxil olurlar. İzyaslav Altı çayı sahillərində onların qarşısına çıxır.Gecə döyüşlərində Rus knyazı məğlub olur və Kiyevə qaçır.- XI əsrdə türkdilli köçəri tayfalar olan Berendeylər Kiyev knyazlığı yaxınlığında Cənubi rus düzənliklərində məskunlaşmışdılar və slavyanlara maneçilik törədirdilər.

XI-XIII əsrlərdə kumanlar Tyan-Şan dağlarından Dunay çayınadək ərazilərdə yerləşərək daim rus knyazlıqlarına hücum edirlər.Onlar qeyd edilən əraziləri özlərinə məxsus hesab edirdilər.- 1237-ci ildə tatarlar Ryazan şəhərini zəbt edir, knyaz Yuri və arvadınıöldürürlər, ardınca Vladimir və 14 şəhəri də zəbt edirlər.-1240-cı ildə Çingiz xanın nəvəsi Batıxan Kiyevi zəbt edir.Beləliklə, Qızıl Orda 250 il bu torpaqlarda hegemonluq edir.-1445-ci ildə döyüşlərdə Moskva knyazı Vasiliy II Kazan xanına məğlub olur və əsir düşür.-1571-ci ildə Krım xanı Dövlət-Girey Moskvaya hücum edərək şəhəri yandırır.Qeyd etdiyimiz faktlara əsaslanaraq bu nəticə ortaya çıxır ki, türkdilli tayfalar yaradılan Rus dövlətinin ərazilərini öz əraziləri hesab edirdilər, bu səbəbdən də münaqişələr yaranır.Bu dövrdə bir köçəri xalq digərini əvəz etməklə cənubi rus torpaqlarındahökmranlığı davam etdirirdi.Belə ki, skiflərin hökmranlığını sarmatlar və digər çöl tayfaları əvəz edirdi, onların hamısının həyat tərzi eyni idi.Bəzi tarixçilərin slavyanların özlərinin də Orta Asiyadan köç edib Dunay sahillərinə məskunlaşmalarını ehtimal etsə də bu slavyanlarm yaddaşına həkkolunmamışdır. Slavyanlar Asiya xalqlarından fərqli olaraq artıq oturaq həyat tərzi keçiridilər. Rus dövləti Avropa ilə Asiya sərhədlərində yarandığından mütəmadi olaraqköçəri xalqlara qarşı mübarizə aparmalı olurlar.IX-XIII əsrlərdə bu mübarizədə nə köçəri tayfaların, nə də slavyan tayfalarının üstünlükləri yox idi.Rus dövləti yarandıqdan sonra hələ IX-X əsrlərdə onlar Bizansa hücum edir və oranı zəbt etmək fikrində olmuş, lakin XV əsrdə (1453-cü ildə) Osmanlılar oranı tutur.

Bizans imperiyası dağılır, bu hadisədən sonra ruslar Osmanlılara qarşı mübarizə aparırlar. Məqsəd Konstantipolu tutmaq olmuşdur.Tarixdən məlumdur ki, Roma imperiyası 395-ci ildə şərqə və qərbə bölünərək parçalanır.Bu dövrdən Bizans Şərqi Roma imperiyası adlanırdı. V əsrdə Romaimperiyası süquta uğradıqdan sonra Bizansın paytaxtı Konstantinopol xristianlığın mərkəzinə çevrilmişdi.Knyaz III İoanın (1462-ci ildən çar adlandırılırdı) fəaliyyətinin əsas istiqaməti monqol-tatar əsarətinə son qoymaq olur.Çar IV İoan Kazan şəhərini işğal edir.O çox çalışırdı ki, şimal dəniziistiqamətində irəliləyişə nail olsun.XVI əsrdə ruslar Həştərxan şəhərini tutuduqdan sonra əraziləri Volqa çayı sərhədlərinədək artdı.XVII əsrin sonlarında Rus dövləti Krım xanına xərac verməkdən azadolur. Rusiya XVII əsrdə böyük ərazidə az sayda şəhərləri olan «sənayesi» olmayan kənd təsərrüfatı ölkəsi idi.

Rusiya dövləti köçəri xalqların hökmranlıq etdiyi əraziyə yaxın yerləşirdi. Köçəri xalqlar isə Avropanı zəbt etmək əzmində idilər. XVII əsrin sonlarında Rusiya Krım xanlıqlarının əsarətindən azad olur. Bu əsarətdən qurtardıqda qərbdə daha da qorxulu düşmənlər yaranır.Bu dövrdə Rusiya şərqdən və qərbdən özünü qorumağa məcbur olur. Belə bir şəraitdə Rusiya öz inkişafına qərbə inteqrasiyada görür. Bu dövrdə İngiltərə və Hollandiya dənizlərdə hegemonluq və inkişaf edirdi, Rusiyada bu yolla gedirdi. Rus çarı IV İoan da dəniz sahillərində möhkəmlənmək yolunu tuturdu, lakin buna nail ola bilmirdi.Rusiyada XVII əsrin sonu (1682-ci ildə) çar Aleksey Mixayleviçin oğlu Pyotrqardaşı V İvanla birlikdə taxta çıxır. 1696-cı ildə 24 yaşlı Pyotr qardaşının vəfatından və bacısı Sofiyanı hakimiyyətdən uzaqlaşdırdıqdan sonra yeganə hakim olur. Beləliklə, I Pyotr XVII əsrin sonlarında güclü Rus dövlətinin təməlini qoyur.Artıq onların süvari ordusu yaranır. Rus çarı I Pyotr Baltik dənizində möhkəmləndikdən sonra bütün diqqətini Xəzər dənizinə yönəldir. Bu dövrdə Türkiyə, Rusiya və Fars dövlətlərinin maraqları Qara dəniz və Xəzər dənizi aralarındakı ərazilərdə toquşurdu və xristian Rusiya müsləlman ölkələrin bu ərazidə hegemonluğuna yol vermək istəmirdi.1711-ci ildə Rusiya-Türkiyə müharibəsindən sonra I Pyotr Qafqaz istiqamətində diqqətini artırır.

Rusiya dövlətinin inkişafı XVII əsrin sonu XVIII əsrin əvvəllərini əhatə edərək I Pyotrla bağlıdır. Pyotrun bütün diqqəti Avropa dövlətləri sıralarına daxil olmaqdan ibarət olsa da, əsas diqqətini dənizlərə çıxmağa yönəldir.Belə ki, O, İsveçlə Baltik dənizi, türklərlə Azov və Xəzər dənizlərini tutmaq uğrunda müharibələr aparır. 1700-ci ildə ruslar Azov dənizini tutaraq türklərlə sülh müqaviləsi bağlamağa müvəffəq olur, İsveçə müharibə elan edir və qalib gəlir. Artıq 22 oktyabr 1721- ci il tarixdə I Pyotr imperator elan olunur.

1723-cü ildə isə Fars dövləti ilə Peterburqda 12 sentyabr tarixində bağlanmış müqaviləyə əsasən Xəzər dənizinin qərb sahilləri Rusiyanın nəzarətinə keçir.Artıq Rusiya 300 ildir ki, bu ərazilərin bir hissəsini öz nəzarətində saxlayır.Bu dövrdən Pəşt, Dərbənd, Bakı, Şirvan, Gilan, Məzəndaran əyalətləri Rusiyanın nəzarətinə keçmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqədar Pəşt (1732) vəGəncə (1735) razılaşmalarına əsasən Rusiya bütün Xəzəryanı vilayətləri müvəqqəti olaraq İrana qaytarır, sonralar yenidən zəbt edir.XVII əsrdən başlayaraq Rusiya artıq vahid dövlət kimi formalaşır. Sibir istiqamətində yürüşlər Rus dövlətinin sərhədlərini genişləndirir. Yekunda 1955-ci ildə nəşr edilmiş “XVII əsr SSRİ tarixi” kitabından bəzi faktları nəzərinizə çatdırırıq. Burada aşağıdakılar qeyd edilir: XVI əsrin 2-ci yarısından Volqaboyuətrafı xalqlar ‒ tatarlar, mordvalılar, çuvaşlar, marilər və üdmurlar Rusiya hakimiyyətinin nəzarətinə keçir. Keçmiş Kazan xanlığı da ruslar tərəfindən zəbt edilir, rus əhalisi bu ərazilərə köçürülür.Uralətrafı əhalinin əksəriyyəti başqırlardan ibarət idi. Onlar XVI-XVII əsrlərdə bu ərazilərə Volqaboyu və Sibirdən köç etmişdilər. Başqırlar türkdilli xalqlardan ibarət idilər və bütün Cənubi Ural, Uralətrafı, Ural çayı axını istiqaməti üzrə ərazilər onlara məxsus idi.

Rus əhalisi bu ərazilərə də köçürüldü. Rus dövləti Kazan, Həştərxan və Sibir xanlıqlarını əldə etdikdən sonra, Şərq istiqamətində daha da irəlləməyə başlayır. XVII əsrin 50-60-cı illərində ruslar Ukrayna və Belorusiyanı özlərinə birləşdirmək məqsədi ilə müharibəyə cəhd edirlər. Digər məqsəd Baltik dənizinə çıxış təmin etmək və cənub istiqamətində irəliləmək və Xəzərətrafı əraziləri zəbt etməkdən ibarət idi.Sibir istiqamətində irəlləyiş Rus dövlətinin noqay tatarları, kalmıklar və qırğız qaysaqlarla toqquşmalarla nəticələnir. Artıq XVII əsrdə Rusiya dövlətinin əhalisinin əksər hissəsi qeyri-rus xalqlarından ibarət idi. Bu əhalinin əksəriyyəti Ukrayna və Sibir xalqları idi. 1656-cı ildə moldovanlar da Rusiya dövlətinin tərkibinə daxil oldular. Qəbul edilmiş qərara əsasən türklər və tatarlar oradan qovuldular.Qeyd etmək istərdik ki, Tobolsk, Tümen və Tars vilayətlərində Sibir tatarları məskunlaşmışdırlar. Ruslar bu ərazilərə də daxil oldular. Ob çayı ətrafı və ondan yuxarı su mənbəyi Altay adlanan ərazilərdə də bir çox türkdilli şorclar, kumanlar, tubalar, celkanlar və yustalılar məskunlaşmışdı.

Yuxarı Yenisey hövzəsinin əhalisinin çox hissəsi türk xalqlarından olan kaçinlər və kaşinlilərdan ibarət idi. Ob və Yenisey çayları aralarındakı ərazilərdə kırqızlar məskunlaşmışdı. Bütün yuxarıda qeyd etdiyimiz ərazilərə də rus əhalisi köçürüldü. Lena çayının hər iki sahilində şaman olan yakutlar məskunlaşmışdı. Onlar da Rusiya hakimiyyətinin tabeçiliyinə keçdilər. Rus dövləti tərəfindən idarə olunan köçürülmə əməliyyatı nəticəsində onlar Amur çayınadək olan əraziləri də zəbt etdilər. Beləliklə, XVII əsrin II yarısında ruslar Sakit Okeana çıxırlar.

Rəhbərin soyadı Atlasov olan ekspedisiyanın (1697-1699) rusların Kamçatka və Kuril adalarına daxil olması və Amerika qitəsinə çıxışı ilə nəticələndi.Rusyianın işcalçılıq siyasəti nəticəsində 1828-ci ildə Araz çayının şimal hissəsində yerləşən Azərbaycan xanlıqları ləğv edilərək imperiyanın tərkibinə keçir.Bütün qeyd etdiklərimizə baxmayaraq 1918-1920-ci illərdə bu ərazilərdə müstəqil Azərbaycan cümhuriyyəti qurulur. 1991-ci ildə onun varisi kimi Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa edir.Hal-hazırda Azərbaycan inkişaf etmiş müasir, qüdrətli bir dövlətdir.

Aydın Kazımov

771 paylaşımBəyənRəyPaylaş

0 rəy


Qafqaz Xəbər Agentliyi adı ilə rəy yaz

Qafqaz Xəbər Agentliyi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR