PSJ-nin baş məşqçisi Maurisio Poçettino (Mauricio Pochettino) argentinalı hücumçu Lionel Messinin nə zaman meydana çıxacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, “ESPN” nəşri 49 yaşlı mütəxəssisin sözlərini çatdırır:
“Messi üçün uğurlu bir həftəni geridə qoyduq. Üzümüzə gələn həftə hər şey yolunda gedərsə, Lionel digər oyunçularla birlikdə iştrak ərizəsində yer alacaq”
Xatırladaq ki, dünən Fransa çempionatının 2-ci turunda PSJ səfərdə “Brest” klubuna 4:2 hesabı ilə qalib gəlib