Telman İsmayılov azadlığa BURAXILDI- Bu səbəbə görə

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.

Bu barədə “Vijesti” nəşrinə biznesmenin vəkili məlumat verib. Nəşrin yazdığına görə, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR