44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 Qafqaznews.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.

– Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.

– Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.

– Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayılıb.

– Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür.

– Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb. Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib.

– Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub. Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu.

– Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib. Düşmənin qüvvə və vasitələri məhv edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR