Hacıbala Abutalıbovun səhhətində problem yarandı: Almaniyaya aparıldı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Qaynarinfo-nun məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb. 

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

“Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR