ABŞ Rusiya, Çin və Türkiyəni Demokratiya Sammitinə dəvət etmədi

ABŞ Rusiya, Çin və Türkiyəni, eyni zamanda Tayvanı dekabrda keçiriləcək Demokratiya Sammitinə dəvət etməyib. ABŞ Dövlət Departamentinin siyahısında 110 ölkə və ərazi var.
Qaynarinfo RBC-yə istinadən xəbər verir ki, Macarıstan istisna olmaqla, Avropa İttifaqının bütün ölkələri Sammitdə iştirak edəcək. 

Keçmiş SSRİ dövlətləri arasında yuxarıda adı çəkilən siyahıya Ermənistan, Latviya, Gürcüstan, Moldova, Litva, Estoniya və Ukrayna daxil edilib.
Yaxın Şərq ölkələrindən yalnız İsrail və İraq dəvət olunub. Demokratiya Uğrunda Sammitdə dövlətlərin nümayəndələri ilə yanaşı, iş adamları, vətəndaş birlikləri və xeyriyyə təşkilatları da iştirak edəcək. 
Dövlət Departamentinin məlumatında deyilir: “Sammit demokratiyanın üzləşdiyi çağırışlara və imkanlara diqqət yetirəcək və liderlərə həm fərdi, həm də kollektiv öhdəlikləri, ölkədə və xaricdə demokratiya və insan haqlarını qorumaq üçün islahatlar və təşəbbüsləri elan etmək üçün platforma təqdim edəcək”.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hesab edir ki, sammit insanları, ölkələri demokratik və qeyri-demokratik olaraq bölmək məqsədi daşıyır:
“Bu, amerikalıların Vaşinqtonun başçılıq etdiyi hərəkatının kütləvi xarakterini göstərmək üçün özlərini mümkün qədər əlavələrlə təmin etmək istəmələri ilə izah olunur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR