Peskovdan Soçi görüşü bağlı AÇIQLAMA

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli danışıqlar üç saata yaxın davam edib.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə edib, həmçinin son bir ildə onun sabitləşməsi üçün görülən işləri dəyərləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR