Yeni ildə 5 gün iş olmayacaq

31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalıb. Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür. 1 və 2 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq. Bu, hazırdakı vəziyyətə uyğun olaraq belədir. Lakin bəzi ekspertlərin fikrincə pandemik şəraitə uyğun olaraq bir sıra ölkələrdə istirahət günlərinin müddəti müəyyən qadağalar altında uzadıla bilər.”Omikron” ştammından sonra bu fikirlər daha çox səsləndirilməyə başlanıb. Azərbaycanda da dekabırın sonuna doğru vəziyyət öyrənilərək, Operativ Qərargah tərfindən istirahət günlərinin sayının artırılması təklif oluna bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR