Helikopter qəzasında təxribat törədilib? – RƏSMİ AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.

Bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

M.Abbasov əlavə edib ki, helikopterin “qara qutu”su üzərində iş aparılır. “Bununla bağlı hazırda hər hansı bir məlumat verə bilmərik”, – deyə o qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR