Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.Ötən son sutkada koronavirus əleyhinə 154 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 703 142, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 593 286, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 011 172 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR