“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi bəlli oldu

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa)  qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR