Məsut Özil Türkiyədə bu klubu almaq istəyir

“Fənərbağça”nın ulduzu Məsut Özil Türkiyədən klub ala bilər.
Bu haqda “Çorum”un prezidenti Fatih Özcan vəzifəsindən ayrılarkən deyib. O Özilin klubu almağa namizədlərdən biri olduğunu söyləyib.
“Bild” nəşri də Məsut Özilin “Çorum”u almaq üçün can atdığını yazıb. O, sərmayə qoya bilər. Xəbərdə “Çorum” üçün 20 milyon lirə tələb olunduğu və Özilin bu haqqı rahatlıqla ödəyə biləcəyi bildirilib. Özilin klub haqda bu bölgədən olan komanda yoldaşı İrfan Can Kahvecidən məlumat aldığı iddia edilib.
Üç ildir 2-ci Liqada mübarizə aparan “Çorum” ilk mövsümü 11-ci, ikinci mövsümü isə 10-cu sırada tamamlayıb. Cari mövsümün ilk yarısında 34 xal toplayan klub hazırda altıncı pillədədir.  

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR