Etirazçılar Almatıda prezident iqamətgahını yandırdılar – VİDEO

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

Bu barədə məlumatı “Zakon.kz” portalı yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular. Aksiya tirakçıları binaya daxil olandan sonra burada yanğın baş verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR