Novruz bayramında növbəti əfv sərəncamı olacaq? – AÇIQLAMA

Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb. Əfv sərəncamı nəticəsində beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub.

Görəsən növbəti əfv sərəncamı novruz bayramı ərəfində, yəni mart ayında imzalana bilərmi? Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Hürriyyət”ə bildirib ki, bir qayda olaraq əfv sərəncamları Prezident tərəfindən mart ayında novruz bayramı ərəfəsində imzalanır:

“Ona görə belə xəbərlər yayılır ki, hər zaman bir qayda olaraq mart ayında əfv sərəncamı imzalanır. Belə bir gözləntilər hər zaman olub. Bir qayda olaraq əfv sərəncamları Prezident tərəfindən mart ayında novruz bayramı ərəfəsində imzalanır. Bunlar istisna olunmur. Əlbəttə ki, qanunvericiliyin tələbinə görə, əfv sərəncamı prezidentin müstəsna səlahiyyətindədir. Onun nə zaman verilməsi prezidentdən aslı olan məsələdir. Bu novruz bayramı ərəfəsində də baş tuta bilər. Daha tez və ya daha gec də ola bilər. Əsas məsələ ondan ibarətdir ki, Əfv Komissiyası daim işləyir. Əfv Komissiyasının katibliyi və Prezident Admnistrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin Əfv Sektoru daim işləyir. Bütün daxil olan müraciətlər analiz edilir. Rəylər alındıqdan sonra arayışlar hazırlanır. Əfv Komissiyasının üzvlərinin nə zaman iclasa çağırılacağını sədr müəyyən edir. Həm Əfv Komissiyasının katibliyinə, həm də Əfv sektoruna mütəmadi müraciətlər daxil olur. Əfv Komissiyasının üzvü kimi bizə də bir çox müraciətlər daxil olur. Biz də müraciətləri Əfv Komissiyasının katibliyinə yönəldirik. Əfv Komissiyasının əsasnaməsinə görə müavfiq qaydalar var. Bura rəylərin alınması və müraciət edən şəxsin məlumatlarının toplanılması məsələləri daxildir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR