“Pandemiyanın bitməyini istəyirsinizsə, dərhal Bill Qeytsi həbs edin” – Koronavirusa yoluxan aparıcıdan İDDİA

Son zamanlar açıqlamaları ilə gündəm olan türkiyəli aparıcı Hakan Ural COVID-19-un həll yolu ilə bağlı paylaşım edib.

Sfera.az bildirir ki, bir müddət əvvəl koronavirusa yoluxan və xəstəxanada müalicə olunan Ural “İnstagram” hesabından diqqət çəkən fikirlərini izləyiciləri ilə bölüşüb.

O, “Koronavirusla bağlı problemi həll etmək üçün məsləhətim: Bill Qeyts hardadırsa, təcili olaraq tapıb həbs edin. Möhkəm bir sövdələşmə edib nə istəyirsə edin, bitsin bu dərd. Bezdik”, – deyə əlavə edib.

Xatırladaq ki, bundan öncə, Hakan Ural səhiyyə işçiləri ilə bağlı söylədiyi sözlərlə müzakirə obyektinə çevrilmişdi. Belə ki, o, tibb işçilərinə şiddət tətbiq edən bir xəstə yaxınını müdafiə etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR