“Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Yoluxma sayında yenidən nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bunu yeni ştammla əlaqələndirənlər də var. Amma “əsas səbəb karantin qaydaları yumşaldıqdan sonra insanların arxayınlaşması oldu” deyə düşünənlər də var. Maraqlıdır, virudan necə qorunmalıyıq?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, vaksinasiya prosesində iştirak edib:

“Vaksinləri qəbul etmişəm. Son bir iynə qalıb, onu da vurduracam. Bütün dünyada İngiltərə kimi yerdə hər yeri açıblar. Amerikada deyiblər ki, hamı işə çıxsın.

Düşünürəm ki, stabillik üçün hamı yoluxub bir dəfəlik qurtarmalıdır. Bütün insanlar xəstələnəndən sonra bunun bir əlacı çıxacaq. Virus ortalıqdan yox olacaq. Qrip heç nəyə təsir edə bilməyəcək”.

N.Cəfəroğlu qeyd edib ki, virusdan qorxmaq lazım deyil: “Xəstəlikdir. Hamıda olan bir şeydir. Bu, xərçəng deyil, adi bir qripdir. Düzdür, vaxtında çox adamı apardı. Biz onun belə sərt olduğunu bilmirdik. Lakin hazırda adi qrip halını alıb. Qorunmaq lazımdır. İctimai yerlərdə maska taxmaq lazımdır. Gigiyenik qaydalara əməl edilməlidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR