Ramiz Mehdiyev İSTEFA VERDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR