Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 775 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib. 28 461 nəfər aktiv xəstə sayını təşkil edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 683, bu günə qədər isə ümumilikdə 6 491 040 test icra olunub.Son bir gündə koronavirus (COVID-19) əleyhinə 88 vaksin vurulub.Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan qeydə alınmayıb.Vurulan vaksinlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 323, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR