İnsanın həyatı 90% onun dilindən asılıdır – Enerjini tükədən sözlər

Yaxşı yaşamaq istəyirsənsə – xeyir deyib, xeyir eşitməlisən.

Sizin gündəlik həyatınızdan tutmuş taleyinizə kimi nə danışdığınızdan çox asılıdır.

Psixologiya və dinlərdə deyilir ki, insan necə danışırsa, özü və həyatı da elədir. Çünki insan ruhu sözlə qidalanır, enerji itkisi də bəzi sözlərdən qaynaqlanır.

Hər insanın maddi -mənəvi yüksəlişinə mane olan səbəb də məhz budur.

Nəinki pis sözlər, hətta mənasız, boş sözlər, laqqırtı, boşuna söhbətlər də insanın enerjisini tükədir.

Enerji tükəndikdə isə insan digər işlərinə, arzularına güc tapa bilmir.

Düşüncə və nitq, ağıl və bədən, ruh və zehin arasında sıx əlaqə bağlılıq var. Uğurlu insan sağlam ruh, sağlam bədən və düzgün nitqlə formalaşır.

Təsadüfi deyil ki, insan qorxanda, güclü stress keçirdikdə və qəzadan sonra bəzən nitqi tutulur, kəkələmə baş verir. İnsanın emosional durumu pis olduqda, onun nitqi də neqativ olur.

Bədənin də 90% xəstəlikləri emosional səbəblərdən, ruhdan qaynaqlanır.
İdeal və müdrikliyə can atan insan ilk növbədə bədənin təmizliyinə, daha sonra dilin təmizliyinə, fikirlərinin səlistliyinə diqqət yetirməlidir.

İnsanın hər gün nə danışdığından onun sağlamlığı, maddi təminatı, işlərindəki uğurlar asılıdır.

Dinləmək və düzgün danışmaq qabiliyyəti anadangəlmə fitri istedad da ola bilər, olmasa da müəəyyən təlimlərlə, kurslarla, kitab oxumaqla öyrənilə biləndir.

Hətta kriminal aləmdə belə qanuni oğrular və banditlər insanı sözlərinə görə mühakimə edər, səhv deyilmiş bir sözə görə insanı öldürər və ya əksinə dəyərləndirirlər.

Söz var insanı öldürər, söz var xəstəni dirildər.
3 dəqiqəlik bir qəzəb, 3 kəlmə ağır söz uzun illərin sevgisini, dostluğunu məhv edə bilər.

Eləcə də sözləriniz sizin karmanıza ciddi təsir edir.

Aşağı səviyyəli sözlər deyənlər şəxsiyyətin aşağı mərtəbələrinə düşər, deqradasiyaya uğrayar.

Təhqir, söyüş, qınaq ifadə edən sözlər insanın taleyinə təsir edir.

Veda astrologiyasına görə qaranlıq planet Ketu təhqirə, söyüşə cavabdeh planetdir. O, deyilən bu kimi sözlərə dərhal reaksiya verir. Ketu insanın neqativ hisslərinin təhqirli sözlərlə atılmasına və azad olmasına səbəb olur. O, insanı təhqir, layiqsiz sözlərə görə cəzanı da gecikdirmir. İnsan ciddi təhqirə görə həmin vaxta qədər əldə etdiyi bir çox maddi-mənəvi uğurlarından bir qismini itirir.

Ona görə qədimdən uşaqlara öz sözlərinə nəzarət etməyi öyrədirdilər.
İnsan ağzını açmayana kimi onun necə olmasını, əslində nə düşündüyünü bilmək olmur. İnsan sözləri ilə özünü ələ verə bilər.

Sözlərin çox güclü energetik təsiri var.

Kobud, söyüş, təhqir, hədə, qeybət, qınaq ifadələri işlədən insanların efir bədənində, yəni aurasında qara kölgə kimi ləkə əmələ gəlir. Bu ləkə illər keçdikcə böyüyüb, xərçəng şişinə səbəb ola bilər.

İnsana nitq, dil dua etmək, oxumaq, onu Tanrıya yaxınlaşdıracaq və ruhunu təmizləyəcək mövzularda danışmaq, müzakirələr üçün verilib.

Eləcə də yaxınlar, doğmalarla onlara diqqətini, sevgini bildirmək, onlarla maraqlanmaq, onlarla xoş ünsiyyət üçün lazımdır.

Ayurveda elminə görə, nitq insanın həyat enerjisini təyin edən kainat gücüdür. Nə qədər bu güc sağlam, uğurlu, işıqlı olarsa, insan bir o qədər uğurlu, xarizmatik, xoş təsir bağışlayacaq.

Bu enerji insan çox və boş danışdıqca tükənir, sanki benzin kimi işlənib gedir.
Xüsusən ağır yüklü sözlər, qınaq, qeybət, boş zarafatlar, tənqid, təhqir zamanı enerji sürətlə tükənir.

İslam dinində də dilin orucu deyə bir deyim var. İnsan ramazanda, əsl müsəlman bütün aylarda dilinin orucunu tutmalıdır.

Karmamız da bizim sözlərimizlə formalaşır. Əgər bir insan digərini təhqir və tənqid edib, arxasıyca danışır, onu biabır edirsə, o zaman həmin insanın neqativ karma yükünü özünə çəkmiş olur. Karma qanunu belə işləyir. Eləcə də təriflədiyimiz, təqdir etdiyimiz, xoş sözlər dediyimiz insanın da yaxşı keyfiyyətlərini çəkirik.

Psixoloqlar da tövsiyə edir ki, həsəd apardığımız insanlar barədə düşünmək, onlar barədə müzakirə aparmaq, tərifləmək insanın özünə də həmin keyfiyyətləri çəkir.

İnsan nə qədər eqoist və paxıl olarsa, başqası haqqında yaxşı danışmaq bir o qədər ona çətin gələr.

Tənqid etməyi unutmaq lazımdır. Ən ağır xəstəliklərdən sağalmaq üçün insanlara 3 ay, 6 ay neqativ fikirlərdən, sözlərdən uzaq durmaq, uğurlu və şəfaverici duaları, xoş sözləri, affirmasiyaları təkrar etməyi müalicə kimi tövsiyə edirlər.

Kim ki, sizi tənqid edir, qeybətinizi edir, əslində bu sizin üçün yaxşıdır. Çünki o insan öz müsbət enerjisini, karmasını sizə ötürür, sizdən isə neqativi öz karmasına çəkir. Ona görə də çox zaman haqqında pis danışırlarsa, qorxma, bunun faydası var deyirlər.

Qədim zamanlardan bilicilər deyərdi ki, əgər sən etmək istədiyin iş, plan barəsində ətrafına danışsan, o zaman o işin alınma ehtimalı yarıbayarı azalır.
Hər bir arzu, layihə, işdən öncə bu barədə danışmamağa çalış. Çünki sizin fikirləri paxıl, qısqanc və neqativ insanlar eşidə bilər.

Susub işini görən insanlar daha çox uğur qazanır. Çünki onlar susmaqla enerjilərini qoruyurlar.

İnsan öz xeyirxah əməlləri, yaxşılıqları, kiməsə etdiyi köməyi də dilə gətirib, özünü tərifləyərək hər kəsə danışarsa, o zaman qazanacağı savabın yarısını itirir. Ona görə ağac bar verdikcə başını aşağı əydiyi kimi, uğurlu insan da bununla öyünməyi, tərif eşitməyi jənar qoyub, təvazökar olmalıdır.

İnsanın beynində nə qədər çox zəhləsi getdiyi insan barədə fikirlər dolaşarsa, bir o qədər onun həyatı qarışıq və xaotik olur. Belə insanın nitqi də zəif, qarışıq, anlamsız olacaq. Onu dinləmək istəməyəcək, onu başa düşməyəcəklər. Kimin beyni aydın və pozitivdirsə, onun nitqi də gözəldir.

Bəs necə edək ki, dilimizdən sözlər yüz ölçüb, bir biçərək çıxsın. Bunun sadə bir metodu var. Əgər nəsə ciddi tənqid, fikir, söz demək istəyirsənsə, dayanıb, ürəyində 20-ə qədər sayın.

Bir qədər axmaqcasına görünə bilər, amma işə yarayır. Bu pauza nə qədər çox olsa, beyniniz deyəcəyiniz sözü bir o qədər yaxşı redaktə edib, yonub düzəldib daha məntiqli hala salacaq. Eləcə də 20 dəfə saydıqdan sonra anidən ağzınızda çıxa biləcək neqativ fikir, təhqiri demək istəməyəksiz. Qısa pauza beyni sakitləşdirəcək. Ona görə işdə, müdirlə və ya sizi bəyənməyən insanlarla danışan zaman hər cavabdan öncə 10-20-ə kimi sayın.

Həyat keyfiyyətinizi artırmaq üçün boş-boş söhbətlər, danışıqlar, dostlar-rəfiqələrlə lazımsız şeylərdən danışmağa vaxt sərf etməyin.

Əgər sizin xarakteriniz ruhunuz hansısa informasiyanı çatdırmaq üçün yaranıbsa, o zaman ətrafa xeyirli olan , sözləri demək missiyasını seçin. Elə danışın ki, həm özünüz, həm başqaları o sözdən xeyir tapıb, ruhunu
yüksəltsin. /medicina.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR