“Barselona” “Qalatasaray”la bacarmadı

Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.İkinci oyun günündə 5 qarşılaşma baş tutub.Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” “Barselona”nın qonağı olub. Görüş 0:0 hesabı ilə başa çatıb.Qeyd edək ki, bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.Xatırladaq ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.Avropa Liqası1/8 final mərhələsi, ilk oyunlar10 mart“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) 1:0Qol: Munir, 60.“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) 3:0Qollar: Tavernye, 11, Morelos, 15, Baloqun, 51.“Braqa” (Portuqaliya) – “Monako” (Fransa) 2:0Qollar: Ruis, 3, Karvalyu Oliveyra, 89.“Atalanta” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya) 3:2Qollar: Malinovskiy, 23, Muryel, 25, 49 – Aranqis, 11, Diabi, 63.“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) 0:0

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR