“İkinci arvad ” MMC xalqdan üzr istədi (VİDEO)

Xəbər verildiyi kimi, Azərbaycanda “İkinci arvad” adlı şirkət yaradılıb.
Qaynarinfo xəbər verir ki, Baku TV-nin əməkdaşı adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı reportaj hazırlayıb. Məlum olub ki, şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır.
Onun sözlərinə görə, “İkinci arvad” Pakistanda məşhur restoranlar şəbəkəsidir. Azərbaycanda da tezliklə onlayn fəaliyyətə başlayacaq.
İmran Şehzad restorana bu adın verilməsinə də aydınlıq gətirib.
“Yemək bişirməyə heç kimi olmayan kişilər gəlib bu restoranda qarnını doyura bilər”, – deyə o qeyd edib.
O, ad seçimininin səhv anlaşıldığı üçün Azərbaycan xalqından üzr istəyib. 


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR