Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ötən sutka koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 138 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 776, bu günə qədər isə ümumilikdə 6 766 600 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 7 085 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 535, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 560, üç və daha çox doza vaksin vurduranların sayı 5 538, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 452 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 589 438, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 019, üç və daha çox doza vaksin vurduranların sayı 3 183 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 148 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR