Rusiya Ukraynanın hərbi itkilərini açıqladı

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 2300-dən çox tankı və digər zirehli texnika məhv edilib.Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 139 təyyarə, 483 pilotsuz uçuş aparatı (PUA), 250 zenit-raket kompleksi, 2326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1004 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2184 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, – Rusiya MN sözçüsü vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR