Rusiyada Putinə qarşı etirazlar artır

Rusiys prezidenti Vladimir Putinə qarşı tənqidlər artır.AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada yüksək vəzifəli şəxslər Putinin müharibə qərarından şikayətlənirlər.“Bloomberg” yazır ki, Kreml işçiləri Ukraynanın işğalını öz ölkələrini illər sonra geriyə aparacaq fəlakətli səhv kimi görürlər. Kreml işçiləri Rusiya liderinin bu məsələ ilə bağlı bütün tənqidlərə göz yumduğunu iddia edirlər.Cəbhədə ağır itkilərin və Qərbin tətbiq etdiyi sərt sanksiyaların Rusiyanı illərlə təcrid vəziyyətinə salacağını düşünən Kreml əməkdaşları Moskvanın digər ölkələrlə münasibətlərinin uzun müddət yaxşılaşmayacağını da söyləyiblər. Hətta Putinə yaxın adamlar belə qorxurlar ki, Rusiya şikəst iqtisadiyyat və məhdud qlobal təsirlə qalacaq.Lakin özünü tarixi bir missiyada görən və rus xalqının tam dəstəyinə sahib olduğuna inanan Rusiya lideri müharibə planının siyasi və iqtisadi zərərləri ilə bağlı edilən tənqidləri qəbul etmir.Hərbi analitiklər bildirirlər ki, müharibənin ilk günlərində Rusiya bir neçə həftə sonra Kiyevi almağı planlaşdırırdı, amma buna hələ də nail ola bilməyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR