Son sutkada 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub. Son sutkada koronavirus əleyhinə 4 811 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 779, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 288 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 619 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 999, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 206 660, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 991 nəfər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR