Ukrayna Baş Qərargahı: “Rəqibin 9 tankı, 18 zirehli texnikası məhv edilib”

Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.
Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib: “Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib”.
Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir: “Rusiya bölgəyə havadan zərbələr endirir”.
Məlumata əsasən, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi taqımının 200-dək şəxsi heyətinin hazırlığı başa çatıb. Onları Novobaxmutovkaya yerləşdiriblər: “Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar”.
Vurğulanıb ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR