Rusiyanın Ukraynada yeni İTKİLƏRİ AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Döyüşlər nəticəsində Rusiyanın 23 800 hərbçisi zərərsizləşdirilib.
Həmçinin, hücum edən tərəfin 1 048 ədəd tankı, 2 519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 824 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 271 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR