Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvələrin sayı 27 900-ə çatıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən bu günə kimi Rusiyanın 1235 ədəd tankı, 3009 ədəd zirehli döyüş maşını, 578 ədəd artilleriya sistemi, 198 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 90 hava hücumundan müdafiə sistemi, 201 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 97 qanadlı raket, 2 109 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi, 436 ədəd dronu və 43 ədəd xüsusi texnikası sıradan çıxarılıb.