Yoluxanların bugünkü statistikası – Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2793, hazırkı dövrədək isə 6 877 141 test aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR