Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Bu barədə Luqansk vilayət dövlət administrasiyasının rəhbəri Sergey Qayday bildirib”Kamışevaxi yaxınlığındakı Popasnaya istiqamətində düşmən iki kilometr geri oturdulub, Lisiçansk-Baxmut avtomobil yolu az atəşə məruz qalıb”, – Qayday bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq Toşkovkada mövqe tutublar.
“Severodonetsk Ukraynanın nəzarətindədir. Düşmənin uğuru yoxdur”, – Qayday əlavə edib.