Aİ Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.Bu barədə “RİA Novosti”nin məlumatında deyilir.Qeyd olunub ki, yeni sanksiyalara bunlar daxildir:— Aİ ölkələrinin altı ay ərzində Rusiyadan neft idxalından, neft məhsulları səkkiz ay müddətində imtina etməsi; — Boru kəməri ilə tədarüklər üçün müvəqqəti istisna olmaqla, Rusiyadan dəniz yolu ilə daşınan neftin mərhələli şəkildə dayandırılması; —Sberbank, Rosselxozbank və Moskva Kredit Bankının SWIFT-dən ayrılması; — Rusiya RTR/RTR Planet, Russia 24, TV Center-International telekanallarının Avropada yayımına qadağa;

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR