Əli Həsənova məxsus şirkət bağlanır

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur. 

Ölkə.az-ın məlumatına görə, şirkət bununla bağlı elan verib. Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.
Qeyd edək ki, mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa “Kaspi” qəzeti, “Azərbaycan müəllimi”, “Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR