“Whatsapp”da yeni özəllik: Boşanmalara səbəb olacaq

“WhatsApp”ın yaxında gözlənilən yeni funksiyası mübahisələrə səbəb olub.“WhatsApp” onlayn mesajlaşma platforması silinən mesajı geri qaytarmağa imkan verəcək bir özəlliyi təqdim etməyi planlaşdırır.Yayılan məlumatlara görə, ortaya çıxan yeni funksiya ilə artıq qarşı tərəfin sildiyi mesajı yenidən geri qaytarmasını istəmək mümkün olacaq. Bu xüsusiyyətin hər kəs üçün çox faydalı ola biləcəyi qeyd edilir.Məsələn, bir mesajı səhvən silsəniz də, bu düymə sayəsində mesajı geri qaytara biləcəksiniz.Proses isə bu cür olacaq. Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində ‘Mesaj silindi’ sözləri ilə bildiriş görünür. Onun yanında isə siz mesajı geri qaytarmağa imkan verən “Geri qaytar” butonunu görə biləcəksiniz.Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkün olacaq. Funksiyanın silinən bütün mesajları geri qaytarıb-qaytarmayacağı isə hələlik bilinmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR