Ukrayna rəsmisi: “Xerson şəhəri uğrunda döyüşlər başlayıb”

Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını elan edib.

Bu barədə vilayət rəsmisi teleqramda yazıb.

“Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, – o qeyd edib.

Xatırladaq ki, daha öncə Ukrayna hərbçiləri Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardıqlarını, eyni zamanda ölkənin cənubunda bir neçə istiqamətdə hücuma keçdiklərini açıqlamışdılar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR