Ukrayna ordusu strateji əhəmiyyətli şəhəri azad etdi-FOTO

Ukraynanın Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhəri Rusiya ordusundan azad edilib.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Xarkov Regional Şurasının rəhbərinin müşaviri Nataliya Popova bildirib.

Qeyd etmək lazımdır ki, Kupyanskın azad olunması çox vacibdir. Belə ki, bu şəhər Rusiya qoşunları üçün əsas dəmir yolu mərkəzi rolunu oynayır.

Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücum əməliyyatı davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR