Ukrayna qoşunu Kiselevka qəsəbəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığındakı Kiselevka qəsəbəsini əks-hücumla Rusiya hərbçilərindən azad edib.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Regional Şurasının sədri Aleksandr Samoylenko bildirib.

“Dünən (senrtyabrın 13-də red.) vilayət mərkəzinə yaxın ərazidə yerləşən Kiselevka qəsəbəsi işğaldan azad edilib. Bu gün Ukrayna ordusunu Xerson şəhərindən ayıran yeganə yaşayış məntəqəsi şanlı Çernobayevkadır”, – Samoylenko deyib.

Onun sözlərinə görə, azad edilmiş Kiselevka Xersondan 25 km məsafədə yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR