Sərhədləri aşaraq pullarınızı Muğanbank ilə köçürün

Muğanbank “Mastercard” beynəlxalq ödəniş təşkilatı ilə birlikdə dünyanın 100-dən çox ölkəsinə sürətli, təhlükəsiz və aşağı komissiya haqqı ilə pul köçürmələri etməyə imkan yaratdı.

Muğanbank və Mastercard Azərbaycanda ilk olaraq innovativ bir məhsul olan hesablararası pul köçürmə platformasını istifadəyə verib. Platforma öz müştərilərinə qlobal miqyasda bank və rəqəmsal hesaba təhlükəsiz, real vaxt rejimində ödənişlərlə bağlı köçürmələr etməyə imkan yaradır. Belə ki, bu platforma vasitəsi ilə köçürmələrdə müxbir bankların iştirak etməməsi mövcud məhdudiyyətləri aradan qaldıraraq, hesablaşma vaxtını əhəmiyyətli dərəcədə azaldır, prosesi daha sadə və köçürmələri daha sürətli və sərfəli edir.

Muğanbank yeni innovativ platformanı tətbiq etməklə ölkənin rəqəmsal imkanlarının genişlənməsinə və inkişafına öz töhfəsini verəcək. Komissiya haqqının digər pul köçürmə sistemlərindən aşağı olması, təhlükəsizlik və sürət, köçürülən vəsaitin alan ölkənin valyutasında əldə edilə bilməsi və s. kimi imkanlar bu köçürmə sisteminin əlverişli və rahat olmasını təmin edir.

Üstünlüklər:

Sürət  24/7/365 girişi ilə saniyələr ərzində vəsaiti alıcılara əlçatan edir;

Səmərəlilik  Sadələşdirilmiş xidmət və aşağı əməliyyat xərcləri ilə geniş şəbəkələrə və maliyyə bazarlara çıxış imkanı yaradır;

Təhlükəsizlik  Tənzimləmə, maliyyə və fırıldaqçılıq riskini idarə etmək üçün Mastercard Şəbəkəsinin təhlükəsizliyindən və imkanlarından istifadə edir;

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR