“WhatsApp”ın fəaliyyəti bərpa olunub.
Artıq istifadəçilər xidmətdən istifadə etməyə başlayıblar.
Şirkətdən verilən məlumata görə, yaxın dəqiqələrdə problem tamamilə aradan qaldırılacaq.
11:34
“WhatsApp” messencerinin işində problem yaranıb.
Modern.az xəbər verir ki, hazırda istifadəçilər “WhatsApp”dan mesaj göndərə bilmirlər.
Qlobal xarakter daşıyan problemin Azərbaycanla yanaşı, bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.
Problemin səbəbi barədə rəsmi açıqlama veriləcəyi gözlənilir.