İlon Mask “mavi işarə”nin qiymətini açıqladı

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tvitterdəki “mavi işarə” üçün aylıq qiyməti açıqlayıb.

Bir neçə gün əvvəl tvitteri alan milyarder bu barədə sosial şəbəkədə yazıb.

O bildirib ki, “mavi işarə” üçün aylıq abunə haqqı 8 dollar olacaq. İsitifadəçilər bununla sosial şəbəkədə cavab vermək, axtarışı qeyd etmək və prioritetləşdirmək, daha uzun video və ya audio faylları paylaşmaq imkanından yararlanacaqlar.

Milyarder qiymətin ölkələrin alıcılıq qabiliyyətinə görə tənzimlənəcəyini də qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR