“Facebook” çətinliyə düşdü: Tarixində ilk dəfə genişmiqyaslı kütləvi ixtisarlar edəcək

“Facebook” son mühasibat hesabatları və virtual reallıqdakı uğursuzluqlardan sonra çətin bir qərar verməyə hazırlaşır.

Bu həftə işçilərə ixtisarlarla bağlı məlumat veriləcəyi bildirilib.

Bu barədə “Facebook”un aparıcı şirkəti “Meta”dan açıqlama verilib.

Bildirilənlərə görə, minlərlə işçinin ixtisar ediləcəyi gözlənilir. İşçilərin çərşənbə gününə qədər bununla bağlı məlumatlandırılacaqları qeyd edilib.

Həmçinin “Facebook” işçilərindən bu həftə lazımsız səyahətlərdən çəkinmələri istənilib.

Məlumata görə, bu, “Meta”nın 18 illik tarixində ilk genişmiqyaslı kütləvi ixtisar olacaq.

Qeyd edək ki, “Facebook”un səhmləri keçən həftə 23 faiz ucuzlaşıb. Bazar dəyəri isə 2022-ci ildə 655 milyard dollar azalaraq 240 milyard dollara düşüb.

Mənbə: Haber Global

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR