Ukrayna Baş Qərargahı: “Rusiyanın itkiləri 81 mini keçib”

Ukraynada son sutkada Rusiyanın 510 canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 81 370 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 848 tank, 5 748 zirehli maşın, 1 509 operativ-taktiki PUA, 1 839 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 206 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 4 316 avtomobil və tanker, 160 xüsusi texnikadan ibarətdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR