Zelenski: “Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın”

Volodimir Zelenski Rusiyaya 10 təklif irəli sürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyanın Bali adasında keçirilən “G20” Sammiti çərçivəsində video müraciətdə bəzi fikilər irəli sürüb. Zelenski Rusiyanın hərbi gücünün artmasına imkan verməyəcklərini bildirib:

“Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın Rusiyanın sözünə inanmaq olmaz və heç bir “Minsk-3” olmayacaq”.

O bildirib ki, müharibənin dayandırılması üçün Rusiya öz işğalçı hərbi qüvvələrini Ukrayna ərazilərindən çıxarmalı, Ukrayna dövlətinə dəymiş ziyana görə təzminat ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır.

Ukrayna Prezidenti, həmçinin müharibədən sonra təhlükəsizliyin təmin olunması və Rusiya tərəfdən təkrar hücumların qarşısını almaq üçün beynəlxalq konfransın keçirilməsinə çağırış edib:

“Ukraynanın təklifləri aşağıdakıları nəzərdə tutur:

1. Nüvə və radiasiya təhlükəsizliyi

2. Ərzaq təhlükəsizliyi

3. Enerji təhlükəsizliyi

4. Bütün əsirlərin və deportasiyaya məruz qalanların qaytarılması

5. BMT-nin ərazi bütövlüyünün və beynəlxalq hüququn bərpasına dair Nizamnaməsinin icrası

6. Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması

7. Ədalətin bərpası

8. Ekosidə qarşı mübarizə

9. Eskalasiyaya yol verilməməsi

10. Müharibənin bitməsinin fiksə edilməsi.

Onu da qeyd edək ki, Zelenski çıxışı zamanı dəfələrlə “G20”-yə deyil, “G19”-a müraciət etdiyini bildirib və bununla da Rusiyanı həmin təşkilatda görmədiyinə eyham vurub. Bununla yanaşı, Ukrayna ilə bağlı beynəlxalq sənədin, razılaşmanın imzalanması perspektivi barədə danışan Zelenski Türkiyə ilə imzalanmış “taxıl sazişi”ni misal göstərib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR